Hamamda ər-arvadın meyiti tapıldı

ÖLKƏ
10:01
27 Yanvar 2023
297

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti