Ronaldo bütün restoranı bağlatdı – Özü gəlmədi

İDMAN
12:33
8 Fevral 2020
171

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo paparatsiləri aldadıb.

Sabah.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onun istirahət zamanı şəklini çəkmək istəyən fotoqrafları ustalıqla yayındırmağı bacarıb.

Futbolçu dünən San-Remoda sevgilisi Corciana Rodrigesin aparıcısı olduğu musiqi festivalına qatılıb. Tədbirdən əvvəl o, San-Remodakı restoranlardan birini bütünlükdə bağlatdırıb. Festivaldan sonra jurnalistlər cütlüyün məhz həmin məkana gedəcəyini düşünsə də, Ronaldo Corciana ilə San-Remodan bir neçə kilometr aralıda yerləşən başqa restorana yollanıb.

Xəbər lenti