Polkovnik-leytenantın oğlu İstanbulda vəfat etdi - Foto

XƏBƏR
11:08
26 Yanvar 2023
424

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Vəliyev məlumat verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı il yarımdır müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib:

“Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər”.

Xəbər lenti