Gömrük Komitəsində daha bir əməliyyat - Yenilənir

XƏBƏR
10:36
26 Yanvar 2023
389

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

***

Oxu.az-ın məlumatına görə, əməliyyat tədbirləri ötən gündən başlayıb. İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

Xəbər lenti