Eldar Mahmudov 6 min manata yaxın pensiya alır

ÖLKƏ
10:25
25 Yanvar 2023
542

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

Sabah.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, hazırda Eldar Mahmudovun 66 yaşı var. 2004-cü ildən ölkənin milli təhlükəsizlik naziri olan Mahmudov 2015-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxt Eldar Mahmudov general-polkovnik rütbəsində olub.

Xəbər lenti