Minimum pensiya artımı kimləri əhatə edəcək?

İQTİSADİYYAT
14:15
23 Yanvar 2023
624

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq.

Deputat qeyd edib ki, pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir:

“Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manatla pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək, hətta bir manat pensiya kapitalı olanlar da, minimum pensiya almaq hüququ qazanacaqlar.

Yəni əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək.

Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək”.

Millət vəkilinin sözlərinə görə, bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək:

“Orta pensiyada da artım olacaq”.

Xəbər lenti