Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi

ÖLKƏ
16:53
21 Yanvar 2023
579

Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.

Xəbər lenti