38 yaşlı qadın dərmandan zəhərləndi
01:20
29 Mart 2020
106Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Rəna Kamil qızı zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın yaşadığı evdə fosfor üzvlü birləşmə dərmanı içib.
Onun hansı səbəbdən dərman içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha çox