Fikrət Məmmədov rəisi işdən çıxardı

ÖLKƏ
13:09
20 Yanvar 2023
344

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub.

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.

Xəbər lenti