Rüştü Reçber də koronavirusa yoluxdu

İDMAN
00:58
29 Mart 2020
130

Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə 46 yaşlı veteran futbolçunun həyat yoldaşı İşıl Reçber məlumat verib.

Onun sözlərinə görə, R.Reçberin nəticələri pozitiv çıxıb və buna görə də o, xəstəxanaya yerləşdirilib. Lakin sabiq futbolçunun xanımının, qızının və oğlunun analizləri neqativ olub.

Xəbər lenti