Bakıda hamilə bacısını bıçaqlayan şəxs saxlanıldı
Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.
1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.
Daha sonra o kürək nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda o, cərrahi əməliyyat edilir.
Qeyd edək ki, Y.Qasımova hamilədir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
***
Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
3 saylı xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, qardaşı tərəfindən bıçaqlanan Yasəmən Qasımovaya ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.
Onun cərrahi əməliyyatı hələlik davam etdirilir.
Vəziyyəti olduqca ağır qiymətləndirilir.
Daha çox