Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

ÖLKƏ
12:57
19 Yanvar 2023
328

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.

Sabah.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi V.Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yanvarın 19-u vəzifədən azad edilib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü V.Cənnətov bu vəzifədə 2021-ci ildən çalışırdı. O, daha öncə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib. V.Cənnətov keçmiş mədəniyyət naziri Anar Kərimovun istintaqa cəlb olunmuş müavini Elnur Əliyevin yaxın qohumudur.

Xəbər lenti