Ermənistanda yanğına görə korpus komandiri işdən çıxarıldı - Yenilənib
Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Lurer” portalı yayıb.
Məlumata görə, V.Qriqoryan Ermənistanda hərbi hissələrin birinin kazarmasında baş verən yanğınla əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırılacaq.
Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrin birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb.
***
Portalın məlumatına görə, müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Yanğın Təhlükəsizliyi idarəsinin rəisi Sarkis Mazmanyan da hərbi hissədəki hadisə ilə bağlı vəzifəsindən azad ediləcək.
***
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Vahram Qriqoryanın istefaya göndərilməsi haqda sərəncam imzalayıb.
Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Vahram Qriqoryanla yanaşı, onun müavinləri - polkovniklər Miqran Mahsudyan, Şiraz Xaçatryan, Artur Ohanyan və digər 4 rütbəli şəxs də istefaya göndəriləcək.
Daha çox