Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

XƏBƏR
11:32
19 Yanvar 2023
182

Cəlilabadda təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğundan Sabah.az-a verilən məlumata görə, Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Xəbər lenti