İki avtomobil toqquşdu, xəsarət alanlar var

HADİSƏ
23:43
28 Mart 2020
86

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədli Sübhan Fuad oğlu, 2001-ci il təvəllüdlü Kişiyev İlham Fariz oğlu və 1996-cı il təvəllüdlü Şıxəliyev Yunis Azər oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə alınıblar. S.Məmmədliyə və Y.Şıxəliyevə burun sümüyünün, İ.Kişiyevə isə sol mil sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti