Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları ilə bağlı - Qərar

ÖLKƏ
16:37
18 Yanvar 2023
336

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib.

Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti