Masazırda yola atılan körpənin meyiti tapıldı - Foto
09:40
18 Yanvar 2023
372Masazırda yolun kənarında körpə meyiti tapılıb.
Sabah.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
İlkin məlumata görə, sellofan torpaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.
Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox