Naxçıvana yeni nazir təyin olundu

ÖLKƏ
15:18
17 Yanvar 2023
397

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. 

Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Xəbər lenti