Futbol oynayarkən güllələndi
Rusiyanın paytaxtı Moskvada meydançalardan birində futbol oynayan 10 yaşlı uşaq güllələnib.
Sabah.az xəbər verir ki, bu barədə "Mash" teleqram-kanalından məlumat yayılıb.
İlkin məlumata görə, məktəbli oğlana Daşkənd küçəsində futbol oynayarkən travmatik silahdan atəş açıblar. Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb.
Qeyd edək ki, hazırda Rusiya məktəblərində yaz tətilidir. Tətil müddəti koronavirus səbəbindən 23 martdan aprelin 12-dək uzadılıb.
Daha çox