8 aylıq hamilə qadın yıxılıb öldü

XƏBƏR
12:36
17 Yanvar 2023
193

Göyçayda hamilə qadın qəfil ölüb.

Sabah.az xəbər verir ki, rayonun Çərəkə kəndində yaşayan 1997-ci il təvəllüdlü, 8 aylıq hamilə olan Fidan Müzəffər qızı Kərimova evin həyətində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, vəfat edən F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Daha əvvəl də onun bətnindəki 4-5 aylıq uşaq tələf olubmuş.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti