Tofiq Yaqublunun oğluna medal verildi - Foto

ÖLKƏ
17:16
16 Yanvar 2023
495

Hazırda inzibati həbsdə olan Müsavat Partiyasının tanınmış üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Sabah.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi feysbuk səhifəsində məlumat verib.

Nigar Həzi bildirib ki, qardaşı hazırda Amerikada yaşadığından Baş nazir Əli Əsədovun imzası ilə verilən medal və medalın vəsiqəsi ona təqdim edilib.

Xəbər lenti