İlham Əliyevin səsləndirdiyi şüar “Alov qüllələri"ndə - Video

ÖLKƏ
22:17
28 Mart 2020
120

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.

Sabah.az xəbər verir ki, "Yeni klinika" tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə çıxışlnda qeyd edib ki, koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür:

"Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq".

Prezidentin çıxışından sonra “Alov Qüllələri”ndə "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal, Azərbaycan!" şüarları əks olunub.

Xəbər lenti