“Kontakt”da şeş atıb 10 qat qazanmaq üçün son şans - Cəmi 3 gün qaldı
“Kontakt” mağazalar şəbəkəsinin ötən ay elan etdiyi “Şeş at, 10 qatını geri al” kampaniyasının bitməsinə son 3 gün qaldı.
Kampaniya çərçivəsində minlərlə bəxtəvər Yeni il hədiyyələrini “Kontakt”dan alıb şeş atıb aldığı məhsulun 10 faizi, 100 faizi, 3 qatını, hətta 10 QATINI geri qazanıb. Bu günlər ərzində toplam uduş məbləği 380 000 manatı ötüb.
İndi şans sırası sizdədir. Beləliklə, cəmi 3 gün vaxtınız var ki, sevindirən şəbəkənin mağazalarına gəlib şansınızı ən yaxşı şəkildə dəyərləndirə biləsiniz. Bunun üçün sadəcə evinizə lazım olan əşyanı şəbəkənin mağazalarından nağd alışda 50 faizədək endirimlə, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərlə almağınız kifayət edir.
Qeyd edək ki, dəyərindən asılı olmayaraq istənilən məhsulu aldıqdan sonra:
• 1 zərlə “şeş” (altı) atsanız, məbləğin 10 faizini;
• 2 zərlə “şeş” (altı) atsanız, məbləğin 100 faizini;
• 3 zərlə “şeş” (altı) atsanız, məhsul dəyərinin 3 qatını;
• 4 zərlə “şeş” (altı) atsanız, məhsul dəyərinin tam 10 QATINI geri alacaqsınız.
Odur ki, son 3 gün, son fürsətdir deyib “ŞEŞ” atın, aldığınız məhsul dəyərinin düz 10 qatını geri alma imkanı qazanın. Kampaniya haqda ətraflı məlumat üçün keçidə daxil ola və ya *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
İndi isə bəxtigərinlərin görüntülərini diqqətinizə çatdırırıq:
Daha çox