Bu şəxslərə verilən təqaüd 100 manat oldu
11:16
13 Yanvar 2023
24218 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə prezident təqaüdü artırılıb.
Sabah.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat müəyyən edilib.
Qeyd edək ki, bu məbləğ indiyədək 80 manat idi.
Daha çox