Əfqanıstanda döyüşmüş şəxslərin ailələrinə verilən təqaüdün məbləği artırıldı
Əfqanıstanda döyüşmüş şəxslərin ailələrinə verilən təqaüdün məbləği artırılıb.
Sabah.az xəbər verir ki, bununl bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.
Qeyd edək ki, təqaüdün daha əvvəlki məbləği 500 manat idi.
Daha çox