Gözdən əlillərin təqaüdü 90 manat artırıldı
Prezident İlham Əliyev gözdən əlillərə verilən Prezident təqaüdünün artırılması barədə fərman imzalayıb.
Sabah.az xəbər verir ki, fərmana əsasən, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Qeyd edək ki, bu məbləğ indiyədək 210 manat idi.
Daha çox