Beşdən çox uşağı olanlar bu qədər müavinət alacaq

XƏBƏR
10:54
13 Yanvar 2023
254

Azərbaycan Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləğini artırıb.

Sabha.az xəbər verir ki, bununla bağlı imzalanan fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.

Belə ki, əvvəl 70 manat olan bu müavinətin məbləği 105 manata çatdırılıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti