Bu xəstəxanalara direktorlar təyin olundu - Yenilənib

ÖLKƏ
13:10
13 Yanvar 2023
442

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Sabah.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Sədaqət Qənbər qızı Hüseynova gətirilib.

Nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.

***

Səhiyyə naziri Teymur Musayevin daha bir əmri ilə nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) Şahin Bəylər oğlu Əkbərov direktor təyin edilib.

Həmçinin nazirin digər əmrinə əsasən, Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Xəbər lenti