Həkimi öldürənlər kameraya belə düşüb - Video

ÖLKƏ
09:30
13 Yanvar 2023
317

Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı tutulanlar var.

Sabah.az xəbər verir ki, hazırda şübhəli şəxs qismində iki nəfər - 30 yaşlı D.Xəlilov və 17 yaşlı R.M. saxlanılıb. 18 yaşlı F.Allahverdiyevin axtarışları isə davam etdirilir.

Bu məqamda məlum olub ki, həkimi öldürən şəxslər qonşulardan birinin evinin təhlükəsizlik kamerasına düşüblər. İctimai TV-nin təqdim etdiyi görüntülərdə üç nəfər qeydə alınıb.

Həmin şəxslərin üzündə maska, birinin isə əlində bıçaq olub.

Sözügedən görüntüləri təqdim edirik:

Xəbər lenti