Şöbə müdirinin qətlinə görə tutulanların kimliyi məlum oldu

ÖLKƏ
12:15
12 Yanvar 2023
316

Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı tutulanlar var.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda şübhəli şəxs qismində iki nəfər - 30 yaşlı D.Xəlilov və 17 yaşlı R.M. saxlanılıb. 18 yaşlı F.Allahverdiyevin axtarışları isə davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti