Xaçmazda tüfənglə ehtiyatsız davranışa görə kişi öldü

XƏBƏR
17:55
12 Yanvar 2023
199

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.

Xəbər lenti