Qazi COVID-dən öldü, anası da dözməyib vəfat etdi

XƏBƏR
10:22
12 Yanvar 2023
202

Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib.

Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.

TƏBİB-dən verilən məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb.

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

Xəbər lenti