Talıbovun oğulları İstanbula getdi

XƏBƏR
17:52
11 Yanvar 2023
408

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğulları Rza və Seymur Talıbovlar ölkədən çıxıblar.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 9-u səhər saatlarında Talıbovlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından VİP-dən Bakı-İstanbul reysi ilə Türkiyəyə uçublar.

Onların səfəri qısa müddət çəkib və səfər biznes məsələlərinin həlli ilə bağlı olub. Bir gün sonra isə qardaşların geri qayıtdığı bildirilir.

Xəbər lenti