Avtobus 10 yaşlı uşağı vuraraq öldürdü - Video

HADİSƏ
17:20
10 Yanvar 2023
323

Bakıda avtobus 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, hadisə bu gün saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Xəbər lenti