Metroda halı pisləşən sərnişin öldü

XƏBƏR
10:15
10 Yanvar 2023
366

“20 Yanvar” stansiyasında 1 nəfərin halı pisləşib.

Sabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə vəfat edib.

Xəbər lenti