Prezident ona ev verdi

İDMAN
13:01
9 Yanvar 2023
473

Prezident İlham Əliyev Azərbaycan yığmasının sabiq voleybolçusu, hazırda Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya ev verib.

Sabah.az xəbər verir ki, bu barədə federasiya rəsmisi öz feysbuk hesabında paylaşım edib.

Ş.Kərimova ölkə başçısına təşəkkür edib:

“Bu gün mən həyatımda ən gözəl günlərimdən birini yaşadım. Artıq 10 ildir ki, AVF-nin mətbuat xidmətimdə çalışıram. Bu gün Prezidentimiz tərəfindən mənə və ailəmə verilən evin sevincini və ən əsas nə qədər qürur verdiyini sözlə ifadə edə bilmirəm. Əməyi keçən hər kəsə minnətdaram”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir qrup idmançıya ev hədiyyə edib.

Xəbər lenti