Bakı qardan belə təmizlənir - Fotolar+Video

XƏBƏR
09:15
9 Yanvar 2023
301

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və  piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Sabah.az-a bildirilib.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.

Xəbər lenti