Yollar buz bağlayacaq - Xəbərdarlıq

ÖLKƏ
16:24
6 Yanvar 2023
446

Hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Külək: Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Yanvarın 08-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Külək: Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq.

Yollar: Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

Xəbər lenti