Meyiti tapılan dördüncü şəxsin də kimliyi bilindi - Məktəblidir

ÖLKƏ
15:59
6 Yanvar 2023
452

Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimliyi məlum olub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.

Qeyd edək ki, K.Salayev məktəbli imiş.

Xəbər lenti