Qobustandakı yanğının səbəbi açıqlandı - Fotolar+Video+Yenilənib
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Bu haqda Sabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əlavə məlumat veriləcək.
***
FHN baş vermiş hadisə ilə bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KAMAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində baş verib. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.
“Kamaz” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Daha çox