Qobustanda güclü partlayış, ölən var - Fotolar+Video

ÖLKƏ
09:30
3 Yanvar 2023
416

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.

Sabah.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Hadisə zamanı yanacaq daşıyan TIR-la “Kamaz”ın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.

FHN-dən bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaq daşıyan maşın yanır:

“FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hadisəyə görə hazırda həm Qazax, həm də Astara istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

Xəbər lenti