Bakıda binada partlayış oldu - Ölən var+Fotolar+Video
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşayış binasında dəhşətli partlayış olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.
Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.
***
TƏBİB-dən bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.
Hazırda 2 nəfər təxliyyə olunur.
Daha çox