Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu

ÖLKƏ
13:03
2 Yanvar 2023
575

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, pul oğurlanan avtomobil müğənni Nəfəsə məxsusdur.

Xəbər lenti