Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

ÖLKƏ
09:50
2 Yanvar 2023
574

Gədəbəydə polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib.

Şəmkir Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Ülfət Bənnayev xidmətdə olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davrandığından atəş açılıb. Nəticədə o, yaralanıb. Dərhal Ü.Bənnayevə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbər lenti