Bu gün Bakıda üç yerdə konsert var

ÖLKƏ
11:46
31 Dekabr 2022
618

Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə konsert proqramları təşkil ediləcək.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, dekabrın 31-i saat 15:00-dan 16:00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində 3 yerdə (1 - Natəvanın heykəlinin qarşısı, 2 - Xaqani bağı və 3 - Fəvvarələr bağı McDonald's-in qarşısı) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları (muğam - trio, skripka – trio, caz musiqisi) təşkil ediləcək.

Xəbər lenti