Ermənistan millisinin üzvündə koronavirus aşkarlandı

İDMAN
18:18
28 Mart 2020
78

Ermənistanın boks millisinin üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı xəbər yayıb. Adı açıqlanmayan boksçu virusa Londonda Avropa Olimpiya Təsnifat Turniri zamanı yoluxub.

Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb.

Xəbər lenti