“Shaurma N-1”də kütləvi dava

ÖLKƏ
11:18
30 Dekabr 2022
329

Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranında kütləvi dava olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H.Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y.Kutlu xəsarətlər alıb.

Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti