“Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq”
17:50
27 Dekabr 2022
210“Naxçıvanda qanundankənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.
Sabah.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:
“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.
Daha çox