Müharibə iştirakçılarını yardım adıyla aldadanlar məhkəməyə çıxarılır
I Qarabağ müharibəsi iştirakçılarını yardım adıyla aldadaraq pullarını ələ keçirən şəxslərlə bağlı istintaq yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 2021-ci ilin dekabrın 29-dan bu il iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini vəzifəli şəxsi kimi təqdim etməklə bir qrup müharibə iştirakçısını onlara birdəfəlik maddi yardım köçürüləcəyinə inandırıb. Ödəniləcək yardımın 10 faizinin əvvəlcədən depozit qismində öz bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olublar. Onlar 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçiriblar. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.
Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha çox