Kəlbəcərdə yük maşını aşdı, sürücü xəsarət aldı

XƏBƏR
14:12
24 Dekabr 2022
251

Kəlbəcərdə yük maşını aşıb, sürücü xəsarət alıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində “Volvo” markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti